EN

Vaşinqtonda PUA həyəcanı: Heqset göstəriş verdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) paytaxtdakı Fort Makneyr ərazisində lazer əsaslı pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu addım son dövrlərdə regionda müşahidə olunan dron aktivliyi və İranın potensial hücumu fonunda atılır.

Məlumata görə, qərarın qəbulunda ABŞ-ın müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubionun yaşadığı ərazilərin yaxınlığında pilotsuz uçuş aparatlarının qeydə alınması mühüm rol oynayıb.

Hazırda məsələ ilə bağlı təhlükəsizlik riskləri qiymətləndirilir və paytaxtın hava məkanının daha effektiv qorunması üçün yeni texnologiyaların tətbiqi üzərində iş aparılır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
globalinfo.az

1Sources