EN

Şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 4 dəfədən çox artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycan 32 milyon 997,79 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayları ilə müqayisədə 15,3 faiz azdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 13 milyon 982,84 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 4,1 dəfə artım deməkdir.

Yanvar-fevral aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,38 faizini, idxalı isə ümumi idxalın 1,27 faizini təşkil edib.

Chosen
17
2
yeniazerbaycan.com

4Sources