EN

Rusiya MN: Krım üzərində An 26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Krım üzərində uçuş zamanı Rusiyaya məxsus An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə planlaşdırılmış uçuş zamanı baş verib və təyyarədə olan heyət üzvlərinin taleyi hələlik məlum deyil.

Nazirlik bildirib ki, təyyarəyə kənardan müdaxilə qeydə alınmayıb. Axtarış-xilasetmə qrupları ehtimal olunan qəza bölgəsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
apa.az

2Sources