EN

"An-26"nın qəzaya uğradığı yer tapıldı: 29 nəfər öldü

BAKI, 1 aprel. TELEQRAF

Krım yarımadası üzərində əlaqəsi itən hərbi-nəqliyyat təyyarəsi "An-26"nın qəzaya uğradığı yer müəyyən edilib, hadisə nəticəsində 29 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 31 mart tarixində Moskva vaxtı ilə saat 18:00 radələrində Krım yarımadası üzərində planlı uçuş həyata keçirən An-26 hərbi-nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə qrupu tərəfindən aparılan əməliyyat nəticəsində təyyarənin qəzaya uğradığı yer aşkarlanıb.

Məlumata görə, hadisə nəticəsində 6 ekipaj üzvü və göyərtədə olan 23 sərnişin olmaqla ümumilikdə 29 nəfər həlak olub. Qəza yerində Rusiyanın Müdafiə Nazirliyinin xüsusi komissiyası fəaliyyət göstərir.

İlkin məlumata əsasən, təyyarəyə kənardan hər hansı zərbə endirilməyib. Qəzanın ehtimal olunan səbəbi kimi texniki nasazlıq göstərilir.

Chosen
69
teleqraf.com

1Sources