EN

"Korean Air" fövqəladə vəziyyət rejimi tətbiq edib

Bakı. Trend:

Cənubi Koreyanın ən böyük aviaşirkəti olan "Korean Air" YaxınŞərqdəki münaqişənin yaratdığı yanacaq qiymətlərinin kəskin artmasısəbəbindən aprel ayından etibarən fövqəladə vəziyyət rejimi tətbiqedir.

Trend xəbər verirki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, şirkət yanacaq qiymətlərinin kəskinartmasını nəzərə alaraq təcili idarəetmə rejiminə keçib. Agentlikbildirir ki, "Korean Air"in vitse-sədri U Ki Hon çərşənbə günündənetibarən fövqəladə idarəetmə sisteminin tətbiqi ilə bağlı daxilibildiriş göndərib.

Bildirilib ki, qərar xərclərin artması səbəbindən qəbul olunub.Şirkət xərclərin səmərəliliyini artırmaq üçün mərhələli tədbirlərhəyata keçirəcək. U Ki Hon uzun müddət davam edən yüksək neftqiymətlərinin şirkətin biznes məqsədlərinə çatmaq qabiliyyətinəciddi mənfi təsir göstərə biləcəyini xəbərdar edib.

Hesabatda vurğulanır ki, "Bu tədbirlər xərcləri azaltmaq üçünbirdəfəlik cəhd deyil, şirkətin fundamental bazasını gücləndirməküçün daha geniş struktur səylərinin bir hissəsidir".

Chosen
67
az.trend.az

1Sources