EN

Rubio tezliklə Kuba ilə bağlı mühüm xəbərlərin olacağını anons edib

Rubio tezliklə Kuba ilə bağlı mühüm xəbərlərin olacağını anons edib

ABŞ-ın dövlət katibi Marko Rubio yaxın vaxtlarda Kuba ətrafındakı vəziyyətlə bağlı mühüm yeniliklərin gözlənildiyini açıqlayıb.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rubionun fikrincə, Kubada dövlət sistemini dəyişmədən iqtisadiyyatı düzəltmək mümkün deyil: "Onların böyük problemləri var. Tezliklə Kuba ilə bağlı xəbərlər olacaq, biz bu istiqamətdə işləyirik".

Xatırladaq ki, prezident Donald Tramp martın 5-də İrana qarşı hərbi əməliyyat bitdikdən sonra Vaşinqtonun Kubaya münasibətdə növbəti addımlarını müəyyən edəcəyini bildirmişdi. Fevralın 27-də isə Ağ Ev rəhbəri ABŞ-ın Kuba üzərində dostcasına nəzarət qura biləcəyini qeyd etmişdi. Öz növbəsində Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqtonun ixtilafları dialoq yolu ilə həll etmək üçün danışıqlar apardığını bildirib.

Chosen
49
afn.az

1Sources