ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Xırdalan şəhəri, "Kristal Abşeron - 1" yaşayış kompleksi ərazisində qaydaları kobud şəkildə pozan sürücülər görüntülənib.
Avtosfer.az xəbər verir ki, 20-FD-601 və 77-FQ-209 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillərin sürücüləri yeraltı qarajın giriş hissəsində park edərək digər sürücülər üçün çətinlik yaradıb.
Həmçinin 77-FQ-209 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü maşını səkinin üzərinə çıxararaq piyadaların da yolunu kəsib.
Ərazidə yaşayan sakinlər sürücülər barəsində aidiyyəti üzrə tədbir görülməsini xahiş edir.
Fotoları təqdim edirik:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.