EN

Pakistan müharibəyə qoşulmağa hazırlaşır?

Yazını böyüt
Yazını kiçilt

ABŞ və İsrailin İrana qarşı hava əməliyyatları bir ayı keçdikcə münaqişə doqquz ölkəyə yayılıb. Səudiyyə Ərəbistanının da yaxın günlərdə müharibəyə qoşulacağını göstərən ssenarilər güclənir. CNN International-ın məlumatına görə, nüvə gücü olan Pakistanın iştirakı "bütün regionu alovlandıracaq" bir ssenari hesab olunur.

Hafta.az yazır ki, İranın Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Oman kimi Körfəz Əməkdaşlıq Şurasının üzvlərinə pilotsuz təyyarə və raket hücumları regionu qlobal enerji böhranının astanasına gətirib çıxarıb. Körfəz ölkələri indiyə qədər "strateji səbr" nümayiş etdirərək qisas almaqdan çəkinsələr də, Pakistanın iştirakı ehtimalı müharibənin nüvə münaqişəsinə çevrilməsi riskini yaradır.

Təqaüdçü general-leytenant Məhəmməd Səid vurğulayır ki, Səudiyyə Ərəbistanının müharibədə birbaşa iştirakı Körfəz sərhədlərindən kənara çıxan nəticələrə səbəb olacaq. 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə qarşılıqlı müdafiə müqaviləsi imzalayan Pakistan Ər-Riyadın nüvə müdafiəçisi ola bilər.

Ötən bazar günü İslamabadda Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüşən Pakistanın Baş naziri Şahbaz Şərif müttəfiqinə "fövqəladə səbr"inə görə təşəkkür edib. Şərif həmçinin "Pakistanın həmişə Səudiyyə Ərəbistanı ilə çiyin-çiyinə dayanacağına" əminlik verib.

İranın bölgədəki müttəfiqlərinin sayının azalması və gərginliyin artması Türkiyə, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərini bazar günü İslamabadda bir araya gətirib. Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, Pakistanın ev sahibliyi etdiyi ABŞ-İran sülh danışıqlarının masada olduğunu açıqlayıb.

Çinin tam dəstəklədiyi bu təşəbbüs bölgəni "ölüm və məhv" spiralından çıxarmağı hədəfləyir.

Diplomatik səylərə baxmayaraq, reallıqlar qeyri-müəyyən olaraq qalır. Ötən həftə sonu Yəməndə İranın dəstəklədiyi husilər İsrailə ilk raket hücumu edərək, münaqişəyə qarışıblar.

Bu arada, ABŞ bölgəyə minlərlə əlavə əsgər yerləşdirir və bu da İrana qarşı mümkün quru əməliyyatının siqnalını verir. Lakin İranın təhlükəsizlik rəsmiləri müharibənin uzun sürəcəyinə dair mesaj göndərərək deyirlər: "Tramp və Netanyahuya tarixi dərs verməyincə dayanmayacağıq".

İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsmayıl Bəqayi Pakistanın regional ölkələrlə apardığı çərçivəyə daxil edilmədiklərini bildirib.

Bəqayi ABŞ-ın vasitəçilik kanalları vasitəsilə danışıqlar təkliflərini çatdırdığını təsdiqləsə də, prioritetin atəşkəs deyil, müqavimət olduğunu vurğulayaraq deyib: "Hazırda bütün imkanlarımızı davam edən hücumlardan müdafiəyə həsr etmişik".

Chosen
28
27
hafta.az

10Sources