EN

Ötən gecə İran Körfəz ölkələrinə ardıcıl zərbələr endirib

Küveyt hava limanı, Dubay və Səudiyyə Ərəbistanında obyektlər hədəf alınıb, İraqda da hücumlar olub..

Poliqon xəbər verir ki, İran və ərəb KİV-lərinin yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda bir neçə Körfəz ölkəsində yerləşən hədəflərə zərbələr endirib. Bildirilir ki, hücumlar Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İraq ərazilərini əhatə edib.

Məlumata əsasən, Küveytdə beynəlxalq hava limanı hədəf alınıb və nəticədə aviasiya yanacağı saxlanılan rezervuarların yandığı bildirilir. Hadisə nəticəsində hava limanının fəaliyyətinə ciddi zərər dəyib, lakin itkilərlə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.

Eyni zamanda, BƏƏ-nin Dubay şəhərində və Səudiyyə Ərəbistanında mülki infrastruktur obyektlərində partlayışların baş verdiyi barədə məlumatlar daxil olur. Bu hücumların konkret hansı obyektləri əhatə etdiyi hələ dəqiqləşdirilir.

İraqın Süleymaniyyə şəhərində isə kürd silahlı qruplaşmalarının mövqelərinə zərbələrin endirildiyi qeyd olunur. Bu istiqamətdə də əməliyyatların detalları və nəticələri ilə bağlı məlumatlar məhduddur.

Hazırda hadisələr nəticəsində ölən və yaralananların sayı, həmçinin maddi ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir. Ekspertlər qeyd edirlər ki, bu hücumlar regionda münaqişənin daha geniş coğrafiyaya yayılması riskini artırır və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources