EN

Azərbaycan neftinin qiyməti 132 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36 % artaraq 132,35 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 127,24 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,5 ABŞ dolları və ya 3,72 % arataraq 125,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Chosen
24
49
interpress.az

10Sources