EN

“iPhone 20” bu formada olaBİLƏR

"Apple" şirkətinin 2027-ci ildə təqdim edilmə ehtimalı olan “iphone 20” modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “MacRumors” nəşri yazıb.

Məlumata görə, yeni “iphone” modelinin ekranı kənarlardan əyri olacaq və çərçivələri çox incə — cəmi 1,1 mm qalınlığında olacaq. Müqayisə üçün, “iphone 17 Pro” modelində bu göstərici təxminən 1,44 mm-dir.

Həmçinin qeyd olunur ki, “iphone 20” “Apple”ın ilk smartfonunun 20 illiyinə təsadüf edəcək. Cihazın dizaynı ümumilikdə indiki modellərə bənzər qalacaq. Yəni ekran üzərində çıxıntı (Dynamic Island) saxlanılacaq, amma ya daha kiçik olacaq, ya da kamera üçün kiçik dəliklə əvəz edilə bilər.

Aytəkin TOFİQQIZI

Chosen
31
1
redaktor.az

2Sources