Tramp qeyd edib ki, onun bir məqsədi var: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və bu məqsədə nail olmaq: "Biz artıq rejim dəyişikliyini təmin etmişik. Baxmayaraq ki, mən rejim dəyişikliyi üçün məqsəd qoymamışam. Mənim bir məqsədim var idi: onların nüvə silahı əldə etməsinin qarşısını almaq. Və bu məqsədə nail olunub, onlar nüvə silahı əldə etməyəcəklər. Onların liderləri yoxdur, bütün liderləri ölüb. Deməli, rejim dəyişikliyi olub. İndi bizim yeni yaxşı liderlərimiz var".