EN

Bakıda ər və arvad faciəli şəkildə öldülər

Bakıda ər və arvad dəm qazından boğulublar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində baş verib.

1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı Ülviyyə Məmmədova Nərimanova Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən, kirayə yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
15
5
far.az

10Sources