EN

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı açıqlanıb

İsrailin
İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 72 min 289-a çatıb 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən itkilərlə bağlı son məlumatlar təqdim olunub. Bildirilib ki, son 24 saat ərzində İsrailin əvvəlki hücumları zamanı yaralanan 4 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Qeyd olunub ki, 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən bu yana İsrailin hücumları nəticəsində 713 nəfər həlak olub, 1940 nəfər yaralanıb, dağıntılar altından isə 756 meyit çıxarılıb. Açıqlamada vurğulanıb ki, 2023-cü ilin oktyabrından bu yana Qəzza zolağına təşkil olunan hücumlar nəticəsində ümumi ölənlərin sayı 72 min 289-a, yaralananların sayı isə 172 min 40-a çatıb. Qeyd edək ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın cəsədinin qaldığı ehtimal olunur.

Oksana Orucova

Chosen
30
1news.az

1Sources