EN

Azərbaycanda YENİ CƏRİMƏLƏR qüvvəyə mindi: 5 min manat ÖDƏYƏCƏKSİZ – detallar CANLIda

Bu gündən Azərbaycanda yeni cərimələr qüvvəyə minir.

Musavat.com xəbər verir ki, bu gündən etibarən elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, satışı və satış məqsədilə saxlanmasına görə cərimələr tətbiq olunacaq.

Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.

Bu gündən etibarən eManat terminalları vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.

Musavat.com xəbər verir ki, eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Chosen
4
1
musavat.com

2Sources