EN

277 min 825 fermerə əkin subsidiyası ödənilib -PROSES DAVAM EDİR

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və payızda əkilən çoxillik əkmələr üzrə bu günədək ümumilikdə 277 min 825 fermerə 810 min 810 hektar sahə üzrə əkin subsidiyası ödənilib.

AKİA-dan "İki sahil"ə bildirilib ki, hazırda payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması prosesi davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada aparılır. Ödənişlər davam edəcək.

Chosen
20
9
ikisahil.az

10Sources