Rusiyanın qanunsuz şəkildə ilhaq etdiyi Krım yarımadasında “An-26” tipli ikimühərrikli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın xəbər agentliyi TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda belə deyilir. Məlumata görə, dünən Krım yarımadasında planlı uçuş həyata keçirən “An-26” tipli iki mühərrikli nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.
Axtarış-xilasetmə qrupları təyyarənin düşdüyü əraziyə çatarkən, göyərtədə olan 23 sərnişin və 6 nəfərlik heyətin həyatını itirdiyi qeyd olunub.
İlkin məlumatlara əsasən, təyyarənin qəzaya uğramasına texniki nasazlıq səbəb olub.