EN

Krımda Rusiya təyyarəsi qəzaya uğradı: 29 nəfər ölüb

Krımda
Rusiya tərəfindən qanunsuz işğal edilmiş Krım Yarımadasında “An-26” tipli iki mühərrikli hərbi yük təyyarəsi qəzaya uğrayıb, 29 nəfərin öldüyü bildirilib. 1news.az TASS-a istinadən xəbər verir ki, ötən gün Krımda planlı uçuş həyata keçirən “An-26” tipi təyyarə ilə əlaqə kəsilib.
Axtarış-xilasetmə qrupları təyyarənin qəzaya uğradığı yerə çatıb və məlum olub ki, təyyarədə olan 23 sərnişin və 6 nəfərlik ekipaj həlak olub. İlkin məlumatlara əsasən, qəzanın səbəbi texniki nasazlıq olub.

Oksana Orucova

Chosen
18
1news.az

1Sources