EN

Azərbaycanda bu məhsulların qiyməti

İrandan gətirilən əksər məhsulların qiymətində artım var. Bura qida, yuyucu məhsullar, mebel, tikinti materialları aiddir.

Publika.az xəbər verir ki, satıcılar bahalaşmanın səbəbini İranda baş verən hadisələr və idxal problemi ilə əlaqələndirirlər:

"Hazırda idxalda ən çox çətinlik yaşanan məhsullar arasında yağlar və bəzi yuyucu vasitələr üstünlük təşkil edir. 2.20 manata satdığımız qab şampunu hazırda 2.90 manat, 6.90 olan yuyucu vasitə hazırda 8 manatdır. Əksər məhsullarda 1-2 manat artım var. 20 manata olan yağ 25 manat, pendirlər 1 manatdan 2 manata,qaymaqların da qiyməti artıb".

İrandan ölkəmizə mebel də gətirilir. Satıcıların sözlərinə görə, bu məhsulların qiymətində son zamanlar kifayət qədər artım müşahidə olunur. Tikinti materiallarında da ortalama qiymət artımı 30-35 faiz təşkil edir.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, münaqişənin ilk günlərində İranda ixracın dayandırılması bir çox məhsulların qiymətinin artmasına səbəb olub:

Chosen
4
6
publika.az

7Sources