Milli.Az xəbər verir ki, hesabata görə, mümkün müharibə zamanı tərəflər əsasən hərbi deyil, logistika və nəqliyyat infrastrukturunu hədəfə alacaq. Xüsusilə Sankt-Peterburq-Tallin xətti, Narva və Luqa çayları üzərindəki körpülər, eləcə də Pskov bölgəsi strateji əhəmiyyətli nöqtələr kimi göstərilir. Bu infrastruktura zərbə vurulmasının Rusiyanın hərbi imkanlarını ciddi şəkildə zəiflədə biləcəyi qeyd olunur.
Sənəddə həmçinin NATO-nun yalnız cəbhə xəttində deyil, Rusiyanın iqtisadi və strateji dərinliyində də hədəflər seçə biləcəyi vurğulanır. Kalininqrad bölgəsinin mümkün işğalı və genişmiqyaslı hücum ssenariləri müzakirə olunur. Analitiklər belə bir qarşıdurmanın qısa müddətdə qlobal müharibəyə çevrilə biləcəyini, prosesə digər böyük güclərin də cəlb olunacağını istisna etmirlər.