EN

Tehran qırmızı xətləri açıqladı: “5 şərt yerinə yetirilməlidir”

“ABŞ-nin İranla danışıqlar apardığı barədə iddialar həqiqəti əks etdirmir. Rəsmi Tehran bu xəbərləri dəfələrlə təkzib edib”

“Yeni Sabah” xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali “Russia Today” telekanalına müsahibəsində deyib.

O, İran-ABŞ münasibətləri, mümkün danışıqlar və regional vəziyyətlə bağlı mühüm məsələlərə toxunub.

Səfir bildirib ki, hazırda heç bir danışıqlar prosesi mövcud deyil.

K.Cəlali vurğulayıb ki, Vaşinqtonun danışıqlar mövzusunu gündəmə gətirməsi həm uğursuzluğunu ört-basdır etmək, həm də İran daxilində milli birliyi zəiflətmək məqsədi daşıyır.

Diplomat qeyd edib ki, İran prinsip etibarilə danışıqlara qarşı deyil, lakin bunun üçün bir sıra şərtləri var. O, davamlı sülhün təmin olunması, sanksiyaların ləğvi, müharibə zərərlərinin ödənilməsi, təcavüzkarın cəzalandırılması və İranın nüvə hüquqlarının tanınmasını əsas şərtlər kimi sadalayıb.

Səfir əlavə edib ki, İran nüvə silahı istehsal etmək niyyətində deyil, lakin enerji və tibbi məqsədlər üçün uranın zənginləşdirilməsində israrlıdır.

K.Cəlali həmçinin ABŞ və müttəfiqlərini regionda gərginliyi artırmaqda ittiham edərək bildirib ki, İran müharibə tərəfdarı deyil, lakin öz təhlükəsizliyini təmin etmək hüququnu qoruyur.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
36
yenisabah.az

1Sources