EN

Yəməndən İsrailə üçüncü raket hücumu olub

Qahirə, 1 aprel, AZƏRTAC

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı bu gün səhər saatlarında İsraildəki hədəflərə üçüncü raket hücumunu həyata keçirib.

AZƏRTAC xəbər verir ki, bunu hərəkatın sözçüsü Yəhya Səri açıqlayıb.

Öz növbəsində İsrail ordusu bu gün Yəməndən atılan bir raketin zərərsizləşdirildiyini bildirib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

 

 

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
17
2
azertag.az

3Sources