EN

İlham Əliyev SƏRƏNCAM imzaladı

Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər görüləcək.

"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd ölkədə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılmasıdır.

Nazirlər Kabineti "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın layihəsini 4 ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Dağ-mədən (metal filizləri) və metallurgiya sahəsində özəl sektor tərəfindən hazırda icra olunan və ya icrası planlaşdırılan layihələrin Dövlət Proqramının layihəsində nəzərə alınmalı, habelə Dövlət Proqramı çərçivəsində dəstəklənməsi mexanizmi müəyyən olunmalıdır.

Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal-emal-son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulması təmin edilməlidir:

- elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması;

- alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması;

Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşdirmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçirilməlidir.

"Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin aktivləri "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına veriləcək.

1.8.2. kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görsün;

1.8.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görsün;

1.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, "Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin etsin.

4. Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

"Cebheinfo.az"

Chosen
31
28
cebheinfo.az

10Sources