EN

Azərbaycanda Elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq

"Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində elektroliz zavodu layihəsinin tamamlanmalıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında deyilir.

Dövlət başçısının imzaladığı sənəddə 2030-cu ilədək zavodun illik istehsal gücünün 100 min tona çatdırılması nəzərdə tutulub.

Bundan başqa sərəncamda vurğulanıb ki, Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal−emal−son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması təmin edilməlidir.

Chosen
34
1
far.az

2Sources