
ABŞ Yaxın Şərqə sayca üçüncü olan “USS George HW Bush” təyyarədaşıyan zərbə qrupunu göndərir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti Amerika rəsmilərinə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, gəmi 31 martda Virciniya ştatının Norfolk Hərbi Dəniz Stansiyasından yola düşüb. Onun Ərəb dənizində fəaliyyət göstərən “USS Abraham Lincoln” və Xorvatiya limanında təmir olunan “USS Gerald R. Ford” da daxil olmaqla, artıq bölgədə olan aviadaşıyıcıların zərbə qrupuna qoşulması planlaşdırılır.
Nəşr bunun ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi variantları nəzərdən keçirdiyi bir vaxtda baş verdiyini bildirib.