AZ

ABŞ NATO dan çıxmayacaq, amma avropadakı qoşunlarını çıxara bilər Nazir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın müdafiə naziri Qvido Krosetto hesab edir ki, ABŞ NATO-dan çıxmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.

“ABŞ prezidenti Donald Trampın NATO-dan çıxa biləcəyini düşünmürəm. Bunun üçün Konqresin razılığı lazımdır və ehtimal ki, o, belə dəstək ala bilməz”, — deyə nazir bildirib.

Buna baxmayaraq, prezident Amerika qoşunlarını Avropadan çıxarılmasının mümkün olduğunu qeyd edib. “Amma Avropadan hərbi qüvvələrin çıxarılması qərarı verilə bilər. Bu isə bizi zəiflədər, daha az müdafiə reallığı yaradar. Hazırda onları əvəz etmək üçün birgə hərəkət edə bilmirik”, — deyə nazir əlavə edib.

Əvvəllər "Reuters" agentliyinə müsahibəsində Tramp NATO-dan narazılıq hiss etdiyini və ABŞ-ın alyansdan çıxmasını nəzərdən keçirdiyini bildirmişdi. İngiltərənin "The Daily Telegraph" qəzetinə verdiyi müsahibədə isə o, ABŞ-ın NATO-dakı iştirakını yenidən nəzərdən keçirməyi düşündüyünü açıqlayıb, çünki alyans Vaşinqtonu Tehranla müharibədə dəstəkləməmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bizimyol.info

1Mənbələr