EN

Azərbaycanda könüllü sığorta bazarı 6%-dən çox böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığortanövlərinin hesabına 234,436 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 6,5% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 34,4milyon manat və yaxud 39,4% artaraq 121,772 milyon manataçatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında könüllü sığortabazarında toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatımüştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandafəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyonmanat təşkil edib və illik ifadədə 37% artıb.

Chosen
62
1
az.trend.az

10Sources