AZ

Azərbaycanda icbari sığorta ödənişləri 27% artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığortanövlərinin hesabına 43,126 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 29,4% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 5,8milyon manat və yaxud 27,3% artaraq 27,028 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-fevral aylarında icbari sığortabazarında toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatımüştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandafəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyonmanat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiqdövrünün göstəriciləri ilə müqayisədə 1,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 148,800 milyonmanat təşkil edib və illik ifadədə 37% artıb.

Məqalədə:
Seçilən
28
4
az.trend.az

10Mənbələr