Masallıda evdə yanğın olub.
Xezerxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib.
Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
Faktla bağlı araşdırma aparılır.