EN

Zelenski: Rusiyaya atəşkəs təklif etdik, cavabımız “Şahəd” dronları oldu

Volodimir Zelenski bildirib ki, Rusiyaya Pasxa bayramı münasibətilə atəşkəs təklif olunmasına baxmayaraq, Ukraynaya qarşı dron hücumları davam edir.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media paylaşımında gecə saatlarında Ukraynaya qarşı 339 silahlı pilotsuz uçuş aparatının istifadə edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Lutsk şəhərində ərzaq anbarları, yük infrastrukturu və yaşayış binaları hədəfə alınıb. Həmçinin Dnepropetrovsk, Jitomir, Poltava, Xarkov, Odessa və Xmelnitski vilayətlərində də hücumlar qeydə alınıb.

Zelenski qeyd edib ki, hücumlarda istifadə olunan 200 dron “Şahəd” tipli olub: “Biz Pasxa münasibətilə atəşkəs təklif etdik, lakin cavab olaraq ‘Şahəd’ dronları alırıq”.

O, həmçinin Rusiyanı enerji obyektlərinə hücumları dayandırmağa çağırdıqlarını, lakin Moskvanın buna məhəl qoymadığını və qlobal təhlükə yaratdığını iddia edib.

Zelenski vurğulayıb ki, müharibəni dayandırmaq üçün diplomatik səylər davam edir: “Bu gün gərgin diplomatik gündür, bir çox görüş planlaşdırılıb. Gecəki hücum isə Rusiyanın bu səylərə cavabıdır”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
27
1
turkustan.az

2Sources