EN

İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın "Cənub cəbhəsi"nin komandanını öldürüb

Beyrutda "Hizbullah" qruplaşmasının "Cənub cəbhəsi"nin komandanı Hacı Yusif İsmayıl Haşim öldürülüb.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, əməliyyat İsrailin hərbi kəşfiyyat və Şimal Komandanlığının rəhbərliyi altında Hərbi-Dəniz Qüvvələri tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, Haşim 2024-cü ilin sentyabrında Əli Karakinin öldürülməsindən sonra "Cənub cəbhəsi"nə rəhbərlik etməyə başlayıb.

"Cənub cəbhəsi" "Hizbullah"ın İsrail vətəndaşlarına hücumlara və Livanın cənubunda IDF qüvvələri ilə mübarizəyə görə cavabdeh olan bölməsidir. Haşim İsrail ərazisinə raket və aviasiya hücumlarının həyata keçirilməsinə rəhbərlik edib, həmçinin təşkilatın döyüş strukturlarının bərpasında iştirak edib.

40 ildən çox davam edən karyerası ərzində Hacı Yusif İsmayıl Haşim Livanın cənubunda İsrail qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak edən "Nasir", "Əziz" və "Bədr" bölmələrinə rəhbərlik edib.

Chosen
40
far.az

1Sources