EN

“Azərbaycan alüminiumu” ASC ləğv edilir



“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir. Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, ASC-nin aktivləri “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına veriləcək.

Maliyyə Nazirliyi “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin etməlidir.

Chosen
26
17
baki-xeber.com

10Sources