EN

İran ordusu ABŞi-ninAWACS təyyarələri bazalarının vurulduğunu açıqlayıb

Tehran regionda yerləşən strateji hərbi obyektlərə dron zərbələri endirildiyini bildirir...

İran ordusu regionda yerləşən AWACS erkən xəbərdarlıq təyyarələrinin, yanacaq dolduran tanker təyyarələrinin və ABŞ hərbi bazalarının yerləşdiyi məntəqələrin hədəfə alındığını bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə Pars Today məlumat yayıb.

İran Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, “İslam İranının mətin xalqı! Ölkəmizə qarşı sionist rejim və cinayətkar Amerika tərəfindən həyata keçirilən, xüsusilə yaşayış və mülki əraziləri hədəf alan barbar hava hücumlarına cavab olaraq, İran İslam Respublikasının ordusundakı oğullarınız bu gün səhər saatlarından etibarən dron zərbələri həyata keçiriblər”. Açıqlamada qeyd olunur ki, hücumlar Ben-Qurion hava limanında yerləşdirilmiş ABŞ-yə məxsus AWACS və tanker təyyarələrinin mövqelərinə, raket və döyüş pilotsuz aparatlarının aşkarlanması və izlənməsi üçün nəzərdə tutulmuş radiolokasiya komplekslərinə, həmçinin BƏƏ-də yerləşən radioelektron mübarizə obyektlərinə yönəlib.

İran ordusu daha əvvəl də region ölkələrində yerləşən ABŞ hərbi bazalarına və İsraildəki hərbi obyektlərə qarşı pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan etmişdi.

Verilən məlumatlara və peyk monitorinqinə əsasən, qeyd olunan obyektlərə ciddi ziyan dəyib. Bu zərbələrin hərbi aviasiyanın fəaliyyətinə və təminat sistemlərinə, eləcə də raket və döyüş dronlarının qarşısının alınması sistemlərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi bildirilir.

Məlumata görə, hücumlar zamanı uçuş məsafəsi 2000 kilometrə qədər olan “Araş-2” tipli güclü pilotsuz uçuş aparatlarından istifadə olunub. Ekspertlər qeyd edirlər ki, bu cür uzaqmənzilli dronların tətbiqi regionda hərbi balansın dəyişməsinə və təhlükəsizlik mühitinin daha da gərginləşməsinə səbəb ola bilər.

Poliqon.info

Chosen
33
50
poliqon.info

10Sources