AZ

İranda vurulan PUA ilə bağlı diqqətçəkən detal

İranda Şiraz şəhəri yaxınlığında vurulduğu bildirilən pilotsuz uçuş aparatı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, ilkin olaraq ABŞ-ın MQ-9 Reaper tipli PUA-sının vurulduğu iddia edilsə də, qalıqların müqayisəsi bunun Çin istehsalı “Wing Loong 2” dronu olduğunu göstərir.

Bildirilir ki, “Wing Loong 2” pilotsuz uçuş aparatları ABŞ və İsrailin arsenalında yoxdur. Bu tip dronlar əsasən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının istifadəsindədir.

Məlumata görə, bu cür PUA-ların İran səmasında görünməsi Fars körfəzi ölkələrindən birinin və ya bir neçəsinin qeyri-rəsmi şəkildə İrana qarşı əməliyyatlara qoşulması ehtimalını gündəmə gətirir.

 

Musavat.com

Seçilən
16
8
musavat.com

10Mənbələr