EN

VACİB XƏBƏR: Yağışın fəsadlarına görə bu şəxslərə kompensasiya ödəniləcək?

Son günlər ölkə ərazisində yağan aramsız və intensiv yağışlar xüsusilə Bakı və ətraf bölgələrdə ciddi problemlər yaradıb. Bir sıra ərazilərdə yaşayış evlərini su basıb, sakinlər həm maddi zərərlə üzləşib, həm də gündəlik həyatlarında çətinliklər yaşayıblar. Təbii fəlakətin yaratdığı bu vəziyyət zərərçəkənlərin hüquqları və dövlət dəstəyi məsələsini yenidən gündəmə gətirib.

Bəs belə hallarda zərərçəkmiş sakinlər kompensasiya ala bilərlərmi?

News365.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, kompensasiya məsələsi birbaşa dövlətin qərarından asılıdır.

Toğrul Məmmədov

Onun sözlərinə görə, əgər zərərçəkmiş şəxslərin əmlakı sığortalanıbsa, bu halda onlar sığorta şirkətlərindən ödəniş ala bilərlər.

“Baş verən hadisə sığorta hadisəsi hesab olunur. Çünki bu, şəxsin iradəsindən asılı olmayan səbəbdən baş verib. Əgər vətəndaşların sığortası varsa, onlar müvafiq qaydada ödəniş ala biləcəklər. Əks halda, yəni əmlak sığortalanmayıbsa, kompensasiyanın verilib-verilməməsi icra hakimiyyətlərinin və dövlətin qərarından asılı olacaq”, – deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, təbii fəlakətlər nəticəsində yaranan zərərlərin qarşılanması məsələsi hər bir konkret halda fərdi qaydada qiymətləndirilir və müvafiq qərarlar aidiyyəti qurumlar tərəfindən verilir.

Chosen
4
1
news365.az

2Sources