EN

Tehran ABŞ-a qarşı 4 maddəlik şərtini açıqladı

İran ABŞ və İsraildən davamlı sülhə nail olmaq üçün 4 maddəlik tələblərini açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu tələbləri  İranın Rusiyadakı səfiri Kazem Cəlali açıqlayıb.

Tələblər dörd bənddən ibarətdir və bunlar aşağıdakılardır:
1. Təcavüz və terror aktlarının qəti və tam dayandırılması; 2. Təcavüzün və müharibənin təkrarlanmasının qarşısını almaq üçün obyektiv və etibarlı təminatların verilməsi; 
3. Maddi və mənəvi ziyana görə tam kompensasiya;
 4. Beynəlxalq dəniz təhlükəsizliyini qorumaq məqsədilə İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmətlə yanaşmaq.

Cəlali vurğulayıb ki, vasitəçilərin rolunu və səylərini yüksək qiymətləndirsək də, sülhün yalnız bu öhdəliklərə əməl olunmasından asılı olduğuna inanırıq.
Onun sözlərinə görə, İran hər zaman regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün istənilən konstruktiv və səmimi səyləri alqışlayıb.

“Lakin vurğulamaq lazımdır ki, ədalətli sülhə və davamlı atəşkəsə nail olmaq üçün hər hansı bir təşəbbüs və ya təklif olunan plan yerindəki reallıqların nəzərə alınmasını və bu hüquqi və siyasi şərtlərin və tələblərin yerinə yetirilməsini tələb edir”, - iranlı diplomat qeyd edib.
Cəlali bildirib ki, İran təhdidin mənbəyi tamamilə aradan qaldırılanadək özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.

"Tərəfdaşlarla məsləhətləşmələrə gəldikdə, Tehran həmişə diplomatik gündəliyinə Rusiya da daxil olmaqla strateji müttəfiqləri ilə fikir mübadiləsi və koordinasiyanı daxil edir", - deyə o əlavə edib.

Mürtəza

Chosen
15
1
olke.az

2Sources