EN

Sel körpünü apardı – İnsanlar borunun üzərindən keçib gedirlər + VİDEO

Qaradağ rayonunda intensiv yağıntıların yaratdığı güclü sel axınları nəticəsində Ümbakı qəsəbəsinə gedən körpü uçub.

Körpünün uçması sakinlərin həyatını çətinləşdirib və narazılığa səbəb olub. Onlar borunun üzəri ilə qarşı tərəfə keçməyə məcbur qalıblar.

Alternativ yolun olmaması səbəbindən çətin vəziyyətlə üz-üzə qalan vətəndaşların çoxsaylı şikayətləri üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, qurumdan cavab olaraq bildirilib ki, körpüdən əlavə salınmış alternativ yol da sel suları nəticəsində zərər gördüyündən onun bərpası istiqamətində tədbirlər görüləcək:

“Hazırda vətəndaşların hərəkətini təmin etmək üçün alternativ yol mövcuddur və nəqliyyatın hərəkəti bu istiqamət üzrə təşkil edilib.

Sel suları nəticəsində əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən yenidən sel suları tərəfindən yuyulub. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq işlərə start veriləcək”, – deyə qurumdan bildirilib.

Chosen
15
1
editor.az

2Sources