EN

Ər arvadın emblemidir Afaq Bəşirqızı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Afaq Bəşirqızı ailə dəyərləri və televiziyadakı verilişlərin keyfiyyəti ilə bağlı kəskin fikirlərini bölüşüb. Xalq artisti rejissor Nail Naiboğlunun yutub layihəsində qonaq olarkən qadın və kişi münasibətlərindən danışıb. Xalq artisti ailədə qadının üzərində güclü nəzarətin və zəhmin vacib olduğunu qeyd edib.Demokrat.az xəbər verir ki, o bildirib ki, qadın həyat yoldaşını kiçiltməməli və ona başının tacı kimi baxmalıdır."Ərlə arvad ailədə öz arasında fərq qoymamalıdır. Qadın ərini kiçiltməməlidir. Mənim gücüm olsaydı eləsinin nsəlini süpürərdim. Həyat yoldaşı sənin "emblemin"dir. Başının tacı, kişindir. Elə ev yoxdur ki, ora hər şey əla düşüb. Sevgi bir müddət sonra hörmətə, öyrəşməyə çevrilir. İstər həyatda, istər həyat yoldaşının yanında pərdə götürməməlisən. Qadının üstündə nəzarət güclü olmalıdır. Heç kim inciməsin. Qadının üstündə zəhm olmalıdır. Yumruqdan yox".Eyni zamanda efirlərdəki bəzi proqramların səviyyəsindən narazılığını dilə gətirən sənətçi bu mövzuda maraqlı bir faktı da açıqlayıb. O qeyd edib ki, efirdəki xoşagəlməz hallarla bağlı kanal rəhbərlərindən birinə iradını bildirib. Aktrisa evdə nəvələrinin yanında televizoru söndürməyə məcbur qaldığını desə də qarşı tərəf bu cür verilişlərin gətirdiyi yüksək qazancı əsas gətirərək iradlara əhəmiyyət verməyib.Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
demokrat.az

1Sources