ain.az bildirir, Mia.az portalına istinadən.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu keçirib.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 356 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.