EN

Adil Kərimli milyonluq tenderi Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən şirkətə verdi

Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC Lənkəran şəhərində yerləşən "Dairəvi qala"nın bərpası işlərini sifariş edib.

 

Pravda.az-ın xəbərinə görə, təmir işlərini 1 872 243 manata “Diler İnşaat” QSC edəcək.

 

MMC və QSC arasında müqavilə bağlanıb.

 

Qeyd: Mədəniyyət naziri Adil Kərimlidir. Nizamnamə kapitalı 2010 AZN olan QSC-nin isə qanuni təmsilçisi Elxan Füzuli oğlu Süleymanov olsa da, şirkətin Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus olduğu bildirilir. Bu fakt indiyədək təkzib edilməyib.

 

Cabir

Tarix: 1 Aprel 2026, 18:30   
Chosen
39
1
pravda.az

2Sources