EN

Neftin qiyməti 132 dolları ötdü: Azərbaycan bundan nə qazanır?

Yaxın Şərqdə baş verən münaqişə qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb olub və bu artımın təsirləri ölkələr üzrə fərqli şəkildə özünü göstərir. Azərbaycan nefti artıq bir barel üçün 132 dollara satılır.

Bəs, neft qiymətlərinin bu qədər yüksək olması Azərbaycana necə təsir edir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Trend-ə açıqlama verib. O bildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir.

İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalması prosesi davam edir: "Mövcud şəraitdə qiymət artımının bu azalmanı müəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil – müəyyən mənada dividend kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistika şirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçı neft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinə təsirinin şişirdilməməsini tövsiyə edib: "Birmənalı şəkildə demək olmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neft sektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqat artmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin bu artımın konkret həcmini yalnız birinci rüb üzrə statistik göstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünki şirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki, onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq".

Chosen
18
6
publika.az

7Sources