EN

Levandovskidən səssiz vida FOTO

ain.az, Fanat saytına istinadən bildirir.

Dünya çempionatının pley-off mərhələsində İsveçə uduzan Polşanın ulduz hücumçusu Robert Levandovski vida anını simvolizə edən bir şəkil paylaşıb.

Fanat.Az xəbər verir ki, o, "İnstaqram" səhifəsində tribunaya əl yellədiyi şəklini şərhsiz paylaşıb. 

Bununla belə, forvard paylaşıma Andrea Boçellinin "Time to say goodbye" mahnısını əlavə edib. 

Stokholmda keçirilən final pley-off matçında Polşa İsveçə 2:3 hesabı ilə uduzub və beləliklə, mundiala vəsiqə qazana bilməyib.

Levandovski Polşa millisində debütünü 2008-ci ilin sentyabrında, 20 yaşında edib. Robert 17 il ərzində yığmada 165 oyun keçirib, 89 qol və 38 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
fanat.az

2Sources