EN

Onların bir hissəsini ehtiyat kimi saxlanılır Rəy

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Artan neft gəlirlərinin birbaşa maaş və pensiyaların artırılmasına yönəldilməsi hər zaman mümkün olmur. Çünki Azərbaycanın büdcə sistemi bu vəsaitlərin böyük hissəsini Azərbaycan Dövlət Neft Fondu vasitəsilə idarə edir və fondun əsas məqsədi gəlirlərin uzunmüddətli sabitliyini təmin etməkdir. Buna görə də əlavə daxilolmalar tam şəkildə xərcləmək əvəzinə, onların bir hissəsini ehtiyat kimi saxlanılır”.

İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Onun sözlərinə görə, maaş və pensiyaların artırılması isə yalnız neftin qısamüddətli bahalaşmasına əsaslanmır. Bu qərarlar qəbul edilərkən inflyasiya səviyyəsi, büdcə xərclərinin strukturu, sosial öhdəliklər və gələcək iqtisadi risklər nəzərə alınır. Əgər yüksək neft qiymətləri uzun müddət davamlı olarsa, bu zaman sosial ödənişlərin artırılması ehtimalı daha real görünür:

“Digər tərəfdən, neft gəlirlərinin sürətlə iqtisadiyyata daxil edilməsi inflyasiya riskini artırır. Bu isə maaş və pensiya artımının real təsirini azalda bilər. Məhz buna görə hökumətlər adətən daha ehtiyatlı, mərhələli və balanslı qərarlar qəbul etməyə üstünlük verirlər”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
525.az

1Sources