EN

Zelenski artıq bu gün qərar qəbul etməlidir Kreml

ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı artıq "bu gün qərar qəbul etməlidir, hansı ki, o, bu qərarı hələ "dünən" verməli idi.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İki ay məsələsinə gəldikdə, söhbət iki ayın məsələsi deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxması və Donetsk Xalq Respublikasının inzibati sərhədlərindən kənara çıxması barədə qərar qəbul etməlidir. Bu, dəfələrlə deyilib. İdeyaya görə, Zelenski dünən, müzakirə etdiyimiz kimi, məsuliyyəti öz üzərinə götürərək və bu çətin qərarı verməli idi", - deyə Kremlin sözçüsü əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
9
hurriyyet.az

10Sources