AZ

Kreml: Zelenskinin Ukrayna ordusunun Donbasdan çıxarılması barədə elə bu gün qərar qəbul etməsi lazımdır

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı artıq "bu gün qərar qəbul etməlidir, hansı ki, o, bu qərarı hələ "dünən" verməli idi.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İki ay məsələsinə gəldikdə, söhbət iki ayın məsələsi deyil. Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxması və Donetsk Xalq Respublikasının inzibati sərhədlərindən kənara çıxması barədə qərar qəbul etməlidir. Bu, dəfələrlə deyilib. İdeyaya görə, Zelenski dünən, müzakirə etdiyimiz kimi, məsuliyyəti öz üzərinə götürərək və bu çətin qərarı verməli idi", - deyə Kremlin sözçüsü əlavə edib./APA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
9
icma.az

10Mənbələr