ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə ADİU-nun arxa həyətində qeydə alınıb.
Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələbə çevik davranaraq hadisə yerindən uzaqlaşa və mümkün hücumdan xilas ola bilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sözügedən videonu təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.