EN

Kirayə qaldıqları evdə meyitləri tapıldıVİDEO

Ər-arvadın kirayə qaldıqları evdən meytləri aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Araz Novruzov küçəsindəki fərdi evdə qeydə alınıb.

57 yaşlı Ayət Məmmədov və onun həyat yoldaşı 50 yaşlı Ülviyyə Məmmədovanın zənglərə cavab verməməsi yaxınlarında şübhə yaradıb. Onlar evə gəldikdə qadının hamamda, kişinin isə otaqda öldüyünü aşkar ediblər.

Məlumata görə, cütlüyün övladı olmayıb. O da bildirildi ki, hər iki şəxsin meyti dəfn edilməsi üçün Beyləqan rayonuna aparılıb. Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
28
xezerxeber.az

1Sources