EN

Lionel Messi üçün 40-cı “qurban” – ARENA.AZ

“İnter Mayami”nin (ABŞ) ulduz hücumçusu Lionel Messi futbol üzrə Argentina milli komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, dünya çempionları bu görüşdə 5:0 hesablı qələbəyə seviniblər.

Millinin kapitanı olan Messi bu görüşdə 90 dəqiqə meydanda olub. Komandasının bir qolunu da 38 yaşlı forvard vurub. O, qarşılaşmanın 43-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

Bununla da Zambiya yığması argentinalı futbolçunun qol vurduğu 40-cı milli komanda olub.

Bu, həm də Messinin karyerasında 1145 matçda vurduğu 902-ci qol olub. Onun həmçinin 407 məhsuldar ötürməsi var. Messi “Barselona”da 672, Argentina millisində 118, “İnter Mayami”də 80 və PSJ-də 32 qol vurub.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 6 oyuna çıxıb, 5 qol vurub. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 94 oyun, 82 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
40
10
arena.az

10Sources