AZ

AFFA “Kəpəz”i 6500 manat cərimələdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 25-ci turunun oyunları müzakirə edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, İK 25-ci turun yalnız bir oyununda hüquqi qiymət verməli olduğu qayda pozuntusu aşkarlayıb. Söhbət “Kəpəz” – “Qarabağ” oyunundan gedib.

Yevlaxda təşkil edilmiş bu oyundan əvvəl, həmçinin matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” 6500 manat cərimə edilib.

Xatırladaq ki, oyun “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə təmsilçisi Premyer Liqanın 25 turundan sonra 21 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Ötən mövsümün qalibi olmuş “Qarabağ” 24 oyuna topladığı isə 52 xalla 2-ci sıradadır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
7
arena.az

10Mənbələr