EN

Nəvəsini xilas etmək istədi, hər ikisi y*anaraq ö*ldüVİDEO

59 yaşlı baba, 2 yaşlı nəvəsi  yanaraq ölüb.

Yanğın hadisəsi səhər saatlarında Masallının  Qızılağac kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumat əsasında dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, yanğınsöndürənlərin   müdaxiləsi nəticəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb və yaxınlıqdakı digər tikililər mühafizə olunub. Hadisə yerinə baxış zamanı 59 yaşlı Camaləddin Abdullayevin və onun 2 yaşlı nəvəsi Məhərrəm Məmmədzadənin meyitləri aşkar edilib.

Mərhumun yaxınlarının sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib. Hadisə zamanı baba və nənə həyətdə işləyirmiş. Bu vaxt nənə evdən tüstü çıxdığını görüb və yoldaşı Cəmaləddin Abdullayevə uşağın evdə qaldığını deyib.

Qeyd edək ki, hadisə baş verən zaman uşağın anası işdə, azyaşlının bacısı isə məktəbdə olub. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
12
xezerxeber.az

1Sources